Xəzər Xəbər

Əməliyyat olundu, KOMAYA DÜŞDÜ - VİDEO

Veb TV | 20:53 • 28 Aprel 2017
Əməliyyat olundu,

Əməliyyat olunan xəstə 10 gündür ki, komadan ayılmır. Yaxınlarının iddialarına görə xəstənin komadan ayılmamasının səbəbi həkimlərin çox narkoz verməsi olub.

Ucar sakini 34 yaşlı Bəxtiyar Abbasov boğazındakı artıq ətin kəsdirilməsi əməliiyatından sonra koma ya düşüb və 10 gündür ki ayılmır.

Əməliyyatdan bir gün sonra xəstə koma halında Bakıya Mərkəzi Neftçilər Xəstəxanasına gətirilsə də, hələ də vəziyyəti normallaşmayıb.

Xəstənin yaxınları Bəxtiyarın əməliyyatdan öncə sağlam olduğunu, onun məhz əməliyyat zamanı vəziyyətinin kritikləşdiyini iddia edirlər.

Səhiyyə Nazirliyindən isə "XəzərXəbər”ə bildiriblər ki, xəstənin əməliyyatı tam qaydalara uyğun keçirilib.Və hazırda xəstənin əvvəlki vəziyyətə qaytarılması üçün bütün zəruri tədbirlər görülür. Xəstə yaxınlarının iddialarına gəldikə isə, qurumdan onu da bildirdilər ki, hazırda araşdırma aparılır və komissiyanın araşdırmasından sonra məsələyə hüquqi qiymət veriləcək.


Xəbər lenti