Xəzər Xəbər

Ölkənin şimalını cənginə alan külək fəsadlar yaratdı VİDEO

Veb TV | 20:53 • 28 Aprel 2017
Ölkənin şimalını cənginə alan külək fəsadlar yaratdı

Külək Xaçmazda fəsadlar törədib. Fərdi ev və beşmərtəbəli binaların dam örtükləri sıradan çıxıb. Qopan dam örtükləri avtomobillərə də ziyan vurub.

Güclü külək Xaçmazda fəsadlar törədib. Bina və evlərin damları uçub.

Şəhərin Nəriman Nərimanov küçəsində yerləşən 2 bina küləkdən ziyan görüb. Bəzi evlərin balkonları da uçub.

Külək beşmərtəbəli binanın dam örtüyünü qopararaq fərdi evin damına atıb. Nəticədə ev sahibi Təranə Hacıbəyova məxsus evə ziyan dəyib.

Rayonun Ağtala kəndində isə güclü külək nəticəsində daş hasar və yardımçı tikilinin damı uçub, iki avtomobilə ziyan dəyib. İnzibati ərazi vahidliyindən "XəzərXəbər”ə bildirildi ki, dəymiş ziyan araşdırılacaq.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.


Xəbər lenti