Xəzər Xəbər

Dünyanı qorxuya salan S-500-ün yeni gizli imkanları açıqlandı - VİDEO

Veb TV | 15:04 • 24 Aprel 2017
Dünyanı qorxuya salan S-500-ün yeni gizli imkanları açıqlandı -

Poliqonda Rusiya S-500 yeni nəsil Zenit Raket Sistemi (ZRS) üçün yeni raketlərin sınağı keçirilir.


Bu barədə «Almaz Antey» Hava Kosmik Müdafiəsi Konserninin baş konstruktoru Pavel Sozinov «Milli Müdafiə» jurnalına müsahibəsində bəyan edib.

 

Sozinov həmçinin əlavə edib ki, konsern sonrakı 25 il üçün hava-kosmik hücum vasitəsinin proqnozunu edib və vurğulayıb ki, S-500 bu müddət ərzində yaranacaq vasitələrə qarşı durmağa bacarmalıdır. Onun sözlərinə görə, söhbət atmosferin sıx olmayan təbəqələrində, o cümlədən Yerin 100 km-də olan hədəfləri tutma qabiliyyətndən gedir.

 

Qeyd edək ki, "S-500" yeni nəsil "yer-hava" ZRS-ə aiddir. O, özündə raketdən müdafiə potensialı çox yüksək olan, ballistik raketləri vurmağı bacaran sistemi ehtiva edir. ZRS həm də aerodinamik hədəfləri (təyyarə, helikopter, digər hava hədəfləri), eləcə də qanaqdlı raketləri vurmağa qadirdir.

 

Sistem 600 km-lik hədəfi vurma radiusuna malikdir və eyni anda saniyədə 7 km sürətlə uçan 10-a qədər ballistik hipersəsli hədəfləri aşkar edib vurmağa qadir olacaq.


Xəbər lenti