Xəzər Xəbər

Bu qadın salonu digərlərindən fərqlənir - PULSUZ XİDMƏT GÖSTƏRİR - VİDEO

Veb TV | 19:57 • 23 Mart 2017
Bu qadın salonu digərlərindən fərqlənir -

Saç ustası xanım örnək bir addım atıb. O, aprel döyüşlərindən sonra şəhid ailələrinə dəstək olmaq üçün öz salonunda belə şəxslərə pulsuz xidmət göstərmək qərarına gəlib. Goranboylu saç ustasının bu addımını ərazidə yaşayan insanlar da maraqla qarşılayıblar.

Saç yuyulur, müasir formada kəsilir. Hələ bu harasıdır, makiyaj, manikur və pedikür də edilir. Özü də təmənnasız. Bu qadın salonu digərlərindən fərqlənir. Burada şəhid ailələrinə və onların övladlarına pulsuz xidmət göstərilir.

Goranboylu gənc xanım bu addımı ilə digərlərinə bir örnəkdir. Uzun illərdir zərif cinsin nümayəndələri ilə çalışan Sevinc Mübarizqızı ideyanın özünə məxsus olduğunu deyir. O, Cəbhəyə yaxın olan Goranboyda bu addımı atmaqla vətən uğrunda canından keçən oğulların ailələrini sevindirib..

Gənc ustanın daimi müştərililəri rayonda ilk dəfə olaraq belə bir təşəbbüsün irəli sürüldüyünü deyirlər. Vətəndaşlar şəhid ailələrinə və onların övladlarına pulsuz xidmət göstərilməsini yüksək qiymətləndirirlər.

22 yaşlı usta saç kəsimi, bəzəyi manikur, pedikur və digər xidmətləri heç bir təmanna güdmədən həyata keçirdiyini deyir.


Xəbər lenti