Xəzər Xəbər

Keçəl-kosa biznesi: Onları evinizdə görmək üçün 150 manat xərc çəkməlisiniz - VİDEO

Veb TV | 19:52 • 19 Mart 2017
Keçəl-kosa biznesi:

Hər şeyin biznesini görmüşdük, indi də keçəl-kosa biznesi üzə çıxıb. Artıq 150 manata qədər xərc çəkib evinizə kosa və keçəl dəvət edə bilərsiniz. Onlar sizə müxtəlif oyunlar göstərəcək, hədiyyələr verəcək. Bu qiymətə səhnə tərtibatı və musiqiçilər də daxildir.

Novruz personajlarını evinizə dəvət edə bilərsiz. Təki əliniz cibinizdə olsun. 50-150 manat arasında xərc çəkməklə evinizə və ya istənilə məkana keçəl-kosa, baha qızı, musiqiçi və rəqqasları çağıra bilərsiniz. Son illər tədbir təşkilatçıları kosa-keçəl biznesi də qurublar. Bayram günlərində evinizə gəlir, müxtəlif oyunlar və səhnəciklər göstərirlər.

Müasir keçəl və kosa olsalar da, onlar milli adətlərə uyğun oyunlar göstərir. Senariyə gəlincə təşkilatçılar daha çox rəngarəng oyunlara üstünlük verdiklərini deyir.

Qeyd edək ki, hazırda bu xidməti göstərən bir neçə təşkilatçı şirkət var.


Xəbər lenti