Xəzər Xəbər

Qorxulu kadrlar: vulkan qəflətən püskürdü - VİDEO

Veb TV | 16:22 • 17 Mart 2017
Qorxulu kadrlar:
İtaliyanın Siciliya adasındakı Etna vulkanında çəkilişlər apararkən BBC-nin jurnalistləri ölüm təhlükəsi ilə üzləşiblər.

Rebekka Morelin rəhbərlik etdiyi qrupturistlərlə birlikdə vulkanın kraterində idi. Qəflətən vulkan püskürməyə başlayıb.

Buxar və lava püskürməsi nəticəsində 10 nəfər xəsarət alıb. Onların bəzilərinin vəziyyətləri ağır olduğundan bu şəxsləri xilasedicilər təhlükəli arealdan kənarlaşdırıblar.

Sahəsi 1250 km2 olan Etna fəaliyyətdə olan, aktiv vulkandır. Etnanın yüzlərlə yan vulkanik kraterlərindən üç ayda bir dəfə lava püskürür.

Rebekka Morelli Twitter-dəki mikrobloqunda bildirib ki, çəkiliş qrupu travmalar, göyərtilər, yanıqlar və alışmış paltarla canını qurtarıb.

"BBC-nin bütün komandası qaydasındadır. Amma çox qorxduq. Daşların səmaya qalxdığı dağdan qaçmaq, qaynayan qaya parçalarının arasından sivişmək, buxarların arasından qurtulmaq... Bir daha təkrar etmək istəmədiyim təcrübə idi".

Xəsarət almış 10 nəfərin 6-sı hospitala yerləşdirilib.



Xəbər lenti