Xəzər Xəbər

Bu avtomobilləri doğrayıb Azərbaycana gətirdilər VİDEO

Veb TV | 20:01 • 12 Mart 2017
Bu avtomobilləri doğrayıb Azərbaycana gətirdilər

Son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən müxtəlif ölkələrdən avtomobil hissələrinin ölkə ərazisinə gətirilməsi, gömrük sərhədindən keçirildikdən sonra isə yenidən quraşdırılaraq satışa çıxarılması halları müşahidə olunur. Bununla da həmin şəxslər gömrük vergi və rüsumlarından yayınırlar. Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində bu qəbildən bir neçə fakt aşkar edilib.

Avtomobillər bir neçə yerə parçalanıb. İlk bağışdan hissə hissə olmuş maşınlar avtomobil xarabalığını xatırladır. Halbuki bütün bu avtomobillər doğranaraq Azərbaycana gətiriliblər.

Dövlət Gömrük Komitəsi artıq bir neçə belə hal aşkarlayıb. Belə ki, xüsusilə Almaniyadan avtomobilin bir neçə dəfə qabaq hissələri, daha sonra isə arxa hissələr gətirilib. Həmçinin Birləşmiş ərəb əmirliklərindən də müvafiq hal müşahidə olunub.

Avtomobil hissələrini gətirən Şəxslər daha sonra hissələri birləşdirərək satmaq niyyətində olublar. Avtomobilin bu üsulla Azərbaycana keçirilməsi isə gömrük və vergi rüsumlarından yayınmağa hesablanıb

Bu hallar Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilib və gömrük qaydalarının pozulması faktı kimi araşdırmalar aparılması məqsədilə saxlanılıb.

Dövlət Gömrük Komitəsi belə hallara qarşı mübarizə tədbirlərinin davam edəcəyini bəyan edib.


Xəbər lenti