Xəzər Xəbər

Gün ərzində 300-dən artıq ağac calayır: Qadın calaqcı - VİDEO

Veb TV | 19:45 • 12 Mart 2017
Gün ərzində 300-dən artıq ağac calayır:

Növbəti sujetimizin qəhrəmanı tibb bacısı işləməklə yanaşı, həmçinin əsl təbiət aşiqidir. Adətən kişilərin məşğul olduğu ağac calaqçılığında ustalaşıb.

Gün ərzində 300-dən artıq ağac calayır. Peyvənd edilən bitkilərdən tutmayanı isə nadir hallarda olur. Bu bacarığına görə, yaşadığı kənddə ona Miçurin ləqəbi də verilib. Söhbət hər hansı kişi calaqçıdan yox, 55 yaşlı tibb bacısından gedir. Goranboyun Nərimanlı kəndində yaşayan Rəna əhmədova 30 ildən artıqdı həm də, calaqçılıqla məşğuldur. Hazırda bağında yarma və qabıq calağı vuran kənd sakini bitkinin tez oyanması üçün 3 gün sonra suvarmanı vacib sayır.

55 yaşlı qadın Nərimanlı, Zeynallı kənd sakinlərinə tibbi xidmət göstərməklə yanaşı bitkilərində qulluğunda dayanmağa vaxt tapır. Bağda müxtəlif meyvə ağacları ilə yanaşı güllər də diqqət çəkir. Rəna Əhmədova onları həm calaq həm də yarma üsulu ilə artırır. Daha çox kişilərin məşğul olduğu işin onun üçün çətinlik yartamadığını deyir.

Peyvənd edilən ağacları pay verməklə yanaşı qohum əqrəbanın bağında da calaq edir. Yaxınlarını da öyrətdiyini deyən 55 yaşlı tibb bacısı çiçək açan,bar verən hər bir bitkinin onun bir əl işi,bir izi olduğunu bildirir.


Xəbər lenti