Xəzər Xəbər

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

Texnologiya | 10:01 • 18 Sentyabr 2021
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

“Yaşayış sahəsinin ekologiyası” laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz.

Rusiya mətbuatı xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib.

“Nəzərə almaq lazımdır ki, telefonların zərərləri hələ tam öyrənilməyib. Telefon və qacetləri nə qucaqlayıb, nə də yastığın altına qoyub yatmaq olar. Başınızdan bir metr, ən azı yarım metr uzaq saxlamaq daha yaxşıdır. Bu, ən təhlükəsiz məsafədir”, - ekspert “Sputnik” radiosuna müsahibəsində qeyd edib.

Yastrebçev cihazı başdan uzaq məsafədə tutmaq üçün simsiz qulaqcıq istifadə etməyi məsləhət görüb. Ekoloq əlavə edib ki, qulaqcıq da insanı şüalandırır, amma təsiri telefonla müqayisədə zəifdir.

O, kardiostimulyatoru olan insanlara telefonu çox yaxın tutmamağı tövsiyə edir, əks halda qacet elektromaqnit müdaxiləsi yaratmağa başlayacaq. Ekspert xəbərdarlıq edib ki, şəbəkə zəifləməyə başlayanda smartfondan gələn radiasiya artır:

“Rabitə baza stansiyası uzaqda olarsa, məsələn, bir kənddə, bağçada, telefon baza stansiyası ilə əlaqə qurmaq üçün çox enerji sərf edir və o zaman radiasiya artır”./Publika.az 

Xəbər lenti