Xəzər Xəbər

"WhatsApp"dan YENİLİK: yaxınlıqdakı mağazanı tapmaq üçün...

Texnologiya | 09:42 • 17 Sentyabr 2021
"WhatsApp"dan YENİLİK: yaxınlıqdakı mağazanı tapmaq üçün...

"WhatsApp" messencerində yeni funksiya işə salınıb.

Bunu şirkətin icraçı direktoru Uill Ketkart bildirib.

Qeyd olunur ki, messencer istifadəçilərə yaxınlıqdakı mağaza və xidmətləri tapmağa imkan verəcək.

"WhatsApp"ın "Android" versiyasında "Yaxınlıqdakı müəssisələr" funksiyası yaradılıb. Burada mağaza, restoranlar, emalatxanalar və digər müəssisələr barədə məlumatlar toplanıb.

Funksiya hələlik Braziliyanın San-Paulu şəhərində işə salınıb. Şirkət gələcəkdə funksiyanın əhatə dairəsini genişləndirməyi planlaşdırır./Publika.az

Xəbər lenti