Xəzər Xəbər

Düyü şitillərini dronlarla əkdilər

Texnologiya | 09:30 • 12 May 2018
Düyü şitillərini dronlarla əkdilər

Yaponiyanın qərbində yerləşən Hiroşima prefekturasının kənd təsərrüfatı rəsmiləri yaşlı fermerlərin işini yüngülləşdirmək məqsədilə düyü şitillərinin dron vasitəsilə əkinini sınaqdan keçiriblər.


Xezderxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Hiroşima Hiqaşi şəhərində yerləşən kənd təsərrüfatı kooperativində sınaq zamanı şitillərin olduğu konteynerin üzərində yerləşən operator iki metr hündürlükdən onları əkin sahəsinə yayıb. Ümumi sahəsi 2 min kvadratmetr olan düyü sahəsinə şitillərin əkilməsi cəmi 10 dəqiqə vaxt aparıb. Bu, adi halda həmin sahənin əkilməsi üçün lazım olan vaxtdan altı dəfə azdır.

Xəbər lenti