Xəzər Xəbər

"Windows" Azərbaycan dilində "vindos" yazılacaq

Texnologiya | 12:44 • 12 Yanvar 2018
"Windows" Azərbaycan dilində "vindos" yazılacaq

"Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində mənbə dildə w samitli alınma sözlərin Azərbaycan dilində v ilə yazılması təklif olunur. Yeni qaydalar təsdiq olunarsa, həmin sözlər veb-sayt (mənbə dildə: web site), Vilyam (William), vindos (windows), vörd (word) və s. yazılacaq.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Dövlət Dil Komissiyası hazırlayıb. Layihə təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcək.

Xəbər lenti