Xəzər Xəbər

10 mindən çox "Renault" avtomobili geri çağırılıb

Texnologiya | 10:20 • 7 İyun 2017
10 mindən çox "Renault" avtomobili geri çağırılıb

"Renault" şirkəti Rusiyada 10 mindən çox avtomobili geri çağırıb.

Qərar əyləc şlanqında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma son bir il ərzində Rusiyada satılmış "Kaptur” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

Xəbər lenti