Xəzər Xəbər

"Cennet mahallesi"nin çəkildiyi ev 2 milyona satıldı

Şou Biznes | 17:00 • 16 Fevral 2022
"Cennet mahallesi"nin çəkildiyi ev 2 milyona satıldı

Bir zamanlar Türkiyənin reytinqli layihələrindən olan "Cennet mahallesi" serialının çəkildiyi ev satılıb. 

Ekran işində Fərhad (müğənni Alişan) obrazını canlandıran musiqiçinin evi 2 milyon 800 min lirəyə (təxminən 350 min 280 AZN) satılıb. 

Tarixi ev 4 mərtəbədən ibarətdir. 1900-cü illərdə inşa edilən taxta mənzili tanınmış şəxslərdən biri alıb.

Xatırladaq ki, ekran işində bir-birini sevən Fərhadla Sultanın eşq hekayəsindən bəhs edilir. Sultanın anası Fərhad kasıb olduğundan qızını ona ərə vermək istəmir.

Xəbər lenti

Çox oxunanlar