Xəzər Xəbər

Özcan Deniz gənc sevgilisi ilə kameralara tuş gəldi

Şou Biznes | 21:25 • 16 Fevral 2022
Özcan Deniz gənc sevgilisi ilə kameralara tuş gəldi

Türkiyəli məşhur müğənni Özcan Deniz gənc sevgilisi Samar Dadgarla kameralara yaxalanıb.

50 yaşlı sənətçinin və 23 yaşlı iranlı modelyer sevgilisinin restorandan mühafizəçilərlə çıxması diqqət çəkib.

Onlar jurnalistlərin suallarını cavabsız qoyaraq təşəkkür etməklə kifayətləniblər.

İddiaya görə, Samar Dadgarla eşq yaşamağa başlayan Özcan Deniz xoşbəxt olsa da, ailəsi bu münasibətdən çox da məmnun deyil. Kadriye Deniz oğluyla yaşadığı evi tərk edib və oğlunu sosial şəbəkədə qara siyahıya salıb.

Xatırladaq ki, Özcan Deniz keçmiş arvadı Feyza Aktanla səs-küylü şəkildə boşanıb və oğlunun qəyyumluğu uşağın anasına verilib.

Xəbər lenti