Xəzər Xəbər

"O səs Türkiyə" şoudur" - Mustafa Sandal

Şou Biznes | 14:13 • 20 İyun 2021
"O səs Türkiyə" şoudur" - Mustafa Sandal

Türkiyəli müğənni Mustafa Sandal "Koltuk" adlı proqramda açıqlaması ilə gündəmə gəlib.

Sənətçi illər əvvəl münsif kürsüsündə əyləşdiyi "O səs Türkiyə" verilişi barədə danışıb:

"Proqram münsifin ön planda olduğu şoudur. Bu əvvəldən bilinmirdi, amma bir neçə mövsüm sonra belə olduğunu gördük. "O səs Türkiyə" ən vacib musiqi yarışmasıdır desək, proqramda qalib olanların karyerasına baxmaq lazımdır. Hazırda nə edirlər? Biri-birimizi aldatmayaq".

Qeyd edək ki, veriliş "TV8" telekanalının sahibi Acun Ilıcalının layihəsidir./axşam.az

Xəbər lenti