Xəzər Xəbər

Burak Özçivit: “Sizinlə bölüşəcəyimizi gözləməyin”

Şou Biznes | 15:22 • 13 Dekabr 2018
Burak Özçivit:

5 aylıq hamilə olan Fahriye Evcen əri Burak Özçivitlə kameralara tuş gəlib.

Məşhur cütlük dünən restorandan çıxarkən paparatsilərin hədəfi olub. Bir müddətdir Almaniyada olan cütlük çıxışda jurnalistlərin suallarını cavablandırıb.

Burak Özçivit dünyaya gələcək oğullarına artıq ad seçdiklərini deyib. O, "Uşağın adı bəllidir, amma bunu sizinlə bölüşməyi gözləməyin” , - deyə əlavə edib.

Fahriye isə kökəlməsi ilə bağlı suallara "İkimiz də yaxşıyıq” cavabını verdi./publika.az

Xəbər lenti