Xəzər Xəbər

Goranboyda qətl törədilib

Region | 15:31 • 26 Yanvar 2023
Goranboyda qətl törədilib

Yanvarın 26-da saat 14 radələrində Goranboy rayonu Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar