Xəzər Xəbər

Cəbrayıl sakini Biləsuvarda intihar etdi

Region | 09:28 • 23 May 2022
Cəbrayıl sakini Biləsuvarda intihar etdi

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbədə qeydə alınıb.

Belə ki, qəsəbə sakini, Ə. Məmmədov özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbər lenti

Çox oxunanlar