Xəzər Xəbər

Cəlilabadda reyd keçirilib, qaydaları pozan sürücülər cərimələnib

Region | 18:13 • 11 Sentyabr 2021
Cəlilabadda reyd keçirilib, qaydaları pozan sürücülər cərimələnib

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, növbəti reyd zamanı Cəlilabad şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadaların sıx hərəkət etdiyi küçə və prospektlərdə “Dayanma-durma” qaydalarını pozaraq avtomobillərini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə park edən sürücülər aşkarlanıb.

Həm piyadaların, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər barəsində inzibati protokollar tərtib edilib.

Reyd zamanı aşkarlanan digər qayda pozuntuları ilə bağlı da qanunamüvafiq tədbirlər görülüb.

Xəbər lenti

Çox oxunanlar