Xəzər Xəbər

Şəmkirdə yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar

Region | 12:46 • 25 Aprel 2021
Şəmkirdə yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edəndə də daxil olmaqla 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Digər iştirakçılarla bir daha profilaktik söhbətlər aparılıb, karantin rejiminə riayət etmələri barədə xəbardarlıq edilib.

Xəbər lenti