Xəzər Xəbər

Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzindəki atlara tibbi xidmət göstərilib

Region | 20:23 • 23 Aprel 2021
Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzindəki atlara tibbi xidmət göstərilib

Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı bütün məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 23-də nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən Mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib.

Müəssisəyə ilkin maddi yardım təqdim olunub, atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib.

Qeyd edək ki, mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb.

Xəbər lenti