Xəzər Xəbər

Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

Region | 14:53 • 6 Aprel 2021
Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, Göyçay şəhərinin Nizami küçəsində fiziki şəxs Nağıyev Tərlan Məmmədtağı oğluna məxsus çörək və un məmulatlarının istehsalı müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə sanitar-gigiyena qaydalarına əməl olunmadığı və işçilərin tibbi müayinədən keçmədiyi aşkar edilib.

Aşkar olunmuş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar