Xəzər Xəbər

Ermənilər Goranboyda polis şöbəsinin binasını dağıdıb - FOTO

Region | 18:15 • 8 Oktyabr 2020
Ermənilər Goranboyda polis şöbəsinin binasını dağıdıb -

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.


Oktyabrın 8-də saat 6 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına da külli miqdarda ziyan dəyib. (AZƏRTAC)

Xəbər lenti