Xəzər Xəbər

Təmas xəttində raket və top mərmiləri aşkarlanıb - FOTO

Region | 09:28 • 2 Oktyabr 2020
Təmas xəttində raket və top mərmiləri aşkarlanıb -

Oktyabrın 1-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Cəbrayıl, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 19 müraciət daxil olub.


ANAMA-dan xezerxeber.az-a bildiriblər ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl, Köyük, Qaradolaq və Kürdlər kəndləri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Şükürbəyli, Kərimbəyli kəndləri və Zobcuq qəsəbəsi, Goranboy rayonunun Səfikürd və Meşəli kəndləri, Tərtər rayonun "Gölyel” adlanan ərazisi, avtovağzalın yanı, Düyərli kəndi, Şıxarx və Yeni qəsəbə ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 5 ədəd raket, 1 ədəd top mərmisi və 4 ədəd partlamış mərmi qalıqları aşkar olunub.


Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 7 ədəd raket və 1 ədəd aviobomba partlayış yolu ilə zərərsizləşdirilib.


Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 01 oktyabr 2020-ci il tarixlərində 73 siqnal (əməliyyat çağırışı) əsasında 71 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisində ev və həyətyanı sahəyə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 1 ədəd aviabomba (OFAB-100), 18 ədəd raket, 1 ədəd raketin arxa hissəsi (dolu), 3 ədəd döyüş başlığı, 1 ədəd 152 mm-lik top mərmisi (cəmi: 23 ədəd), hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxeması və 16 ədəd partlamış raket hissələri aşkar olunub.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024