Xəzər Xəbər

Masallıda iki uşaq anası övladlarını ataraq evdən qaçıb

Region | 16:46 • 15 Yanvar 2018
Masallıda iki uşaq anası övladlarını ataraq evdən qaçıb

Masallı rayonunun Böyük Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Y.M. yanvarın 11-də evdən qaçıb. Onun 6 və 5 yaşlı iki qızı var.

Y. M.yazdığı məktubda valideynlərinə layiqli övlad olmadığını, başqa yerə gedərək, intihar edəcəyini bildirib.

Ailəsinin əldə etdiyi məlumata görə, o, Bakı şəhərinə yollanıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Xəbər lenti