Xəzər Xəbər

Bərdədə ev yanıb, 6 yaşlı qız yanaraq ölüb, bir nəfər xəsarət alıb

Region | 11:15 • 15 Yanvar 2018
Bərdədə ev yanıb, 6 yaşlı qız yanaraq ölüb, bir nəfər xəsarət alıb

Bərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.

Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti