Xəzər Xəbər

Xudatda velosipedçini maşın vuraraq öldürüb

Region | 10:06 • 18 İyul 2017
Xudatda velosipedçini maşın vuraraq öldürüb

Xudat şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Dərgahi Mahir Musa oğlu idarə etdiyi "Mercedes” markalı 99 DH 457 dövlət nömrə qeydiyyatlı maşınla Qubanın Cimi kənd sakini, velosipedçi, 1990-cı il təvəllüdlü Möhlət Babayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən ölüb.

Fakt araşdırılır. (APA)

Xəbər lenti