Xəzər Xəbər

Avstraliyalı alim: “COVID-19-a qarşı peyvənd hazırlanmayacaq, “B” planı lazımdır”

Maraqlı | 09:44 • 11 Aprel 2020
Avstraliyalı alim:

Avstraliyalı alim, epidemioloji məsələlər üzrə baş mütəxəssis Ceyn Hilton, COVİD-19 əleyhinə peyvəndin yaradılmasının mümkün olmadığını bildirib.

Bu barədə "Daily Mail” yazır.

Onun sözlərinə əsasən, dünyada başqa koronaviruslara qarşı heç vaxt uğurlu peyvəndyaradılmayıb. Alim bildirib ki, 40 il ərzində dünyada koronavirusdan 32 milyon insanın ölməsinəbaxmayaraq, bu virusa qarşı peyvənd hələ də mövcud deyil.

Mütəxəssis qeyd edib ki, pandemiyaya son qoymaq üçün səhiyyə sistemi peyvəndin hazırlanmasına güvənməyərək, "B” planı hazırlamalıdır./oxu.az

Xəbər lenti