Xəzər Xəbər

Polşada ailəsini koronavirusa yoluxdurmaqdan qorxan kişi üç gün maşında yaşadı

Maraqlı | 09:47 • 31 Mart 2020
Polşada ailəsini koronavirusa yoluxdurmaqdan qorxan kişi üç gün maşında yaşadı

Polşanın Ostruv-Velikopolskiy şəhərinin sakini ailəsini koronavirusa yoluxdurmamaq üçün üç gün maşında yaşamalı olub.

"Onet.pl” xəbər verir ki, xaricdən ölkəyə qayıdan həmin şəxs yolda özünü pis hiss edib və doğma şəhərinə çatdıqda ilk növbədə xəstəxanaya gedib.

Həkimlər onun bronxitə tutulmasını müəyyən ediblər. Bundan əlavə, ondan koronavirusla bağlı təhlillər götürülüb və kişi evə buraxılıb.

Lakin o, ailəsini xəstəliyə yoluxdurmaqdan qorxduğu üçün evə getməkdən imtina edib.

"Onda sadəcə bronxit var idi. Bu diaqnozla heç kimi karantinə almırlar”, - deyə həkim Ancey Belinskiy qeyd edib.

Təhlillərin nəticələrini gözləyən kişi üç gün ərzində maşında yaşamalı olub.

Onda koronavirus olmadığı müəyyən ediləndən sonra polşalı sevincli şəkildə evinə qayıdıb./oxu.az

Xəbər lenti