Xəzər Xəbər

Niderlandda Van Qoqun doğum günündə onun rəsm əsərini muzeydən oğurladılar

Maraqlı | 09:43 • 31 Mart 2020
Niderlandda Van Qoqun doğum günündə onun rəsm əsərini muzeydən oğurladılar

Niderlandda martın 30-da gecə saatlarında karantin səbəbi ilə bağlı olan "Singer Laren” muzeyindən məşhur rəssam Vinsent Van Qoqun əsərlərindən birini oğurlayıblar.

"Daily Mail” xəbər verir ki, söhbət 1884-cü ildə çəkilən "Yaz bağı” əsərindən gedir. Orada vaxtilə Van Qoqun yaşadığı Nuenen şəhərindərahibin yaz aylarında bağı təsvir olunub.

Məlumata əsasən, oğrular muzeyin şüşə qapılarını qıraraq içəri daxil olublar.

Xəbər lenti