Xəzər Xəbər

Daun sindromlu uşaq keçilərlə müalicə olunur

Maraqlı | 12:36 • 6 Oktyabr 2019
Daun sindromlu uşaq keçilərlə müalicə olunur

Türkiyədə daun sindromlu 12 yaşlı Yasin Soyalp babasının keçiləri ilə vaxt keçirir, onlarla müalicə alır.

Sakarya Nilufər Xüsusi Təhsil İş Tətbiq Mərkəzinin şagirdi Yasin Soyalpın babası heyvan sevgisinin uşaqların sosial bacarıqları və empatiya qabiliyyətlərinin inkişafına töhfə verdiyi düşüncəsi ilə iki keçi alıb.

Yasin hazırda sayı 20-yə çatan keçilərlə çox mehriban davranır. O, keçiləri bəsləyir, qucağına alır və onları təqlid etməyi sevir. 12 yaşlı uşaq babasının fermasındakı keçilərlə müalicə alır.

Uşağın atası Mehmet Soyalp oğlunun heyvanlara sevgisindən məmnun qaldığını deyib. O, əvvəlcə iki keçi aldığını, daha sonra onların sayını 20-ə çatdırdığını bildirib./teleqraf

Xəbər lenti