Türkiyədə inanılmaz hadisə yaşanıb.
XəzərXəbər metbuat.az-a istinadən xəbər verir ki, Mərsin şəhərində
balıqçıların toruna qeyri-adi balıq düşüb. Belə ki, balığın görünüşünün
insan üzünə oxşaması hər kəsi dəhşətə gətirib.
Ətrafdakı insanlar əvvəlcə narahat olsalar da soradan onu maraqlı
şəkildə izləməyə başlayıblar.
Görünüşü fərqli olan heyvanın köpək balığı
növlərindən "Sapan" olduğu bildirilib.
1 metr uzunluğunda olan balığın insanlara zərərsiz olduğu açıqlanıb.
Həmin Sapanın görüntülərini təqdim edirik: