Xəzər Xəbər

İnsanın yaşı ilə beyin yaşı arasındakı fərqin çoxluğu problemlərə səbəb olur

Maraqlı | 14:23 • 18 İyul 2017
İnsanın yaşı ilə beyin yaşı arasındakı fərqin  çoxluğu problemlərə səbəb olur

Britaniyalı mütəxəssislər yaşı 70 və daha çox olan 669 Şotlandiya sakini üzərində araşdırma aparıblar.


AZƏRTAC-ın Rusiyanın "shutterstock.com” saytından əldə etdiyi məlumata görə, alimlər insanların beyin toxumasının həcmini onların yaşına əsasən müəyyən etməyi kompüter vasitəsilə öyrənməyə çalışıblar.


Araşdırma göstərib ki, beyinlə yaş arasında fərq çox olduqca onların fiziki və psixoloji problemləri, hətta erkən ölüm halları ilə üzləşmələri risk altında olur. Beyin yaşı həqiqi yaşından çox olan iştirakçıların tibbi test göstəriciləri, o cümlədən onların ciyərlərinin tutumu, yeriş sürəti və əzələlərinin gücü beyin yaşı həqiqi yaşına uyğun olanlardakından zəif olduğu aşkarlanıb. Vaxtından əvvəl qocalan könüllülərin əksəriyyəti 80 yaşına çatmamış vəfat ediblər.

Xəbər lenti