Xəzər Xəbər

Yaşamaq və qazanmaq üçün ən yaxşı şəhərlər - REYTİNQ

Maraqlı | 15:50 • 18 İyul 2017
Yaşamaq və qazanmaq üçün ən yaxşı şəhərlər -

Abu-Dabi dünyanın 60 beynəlxalq mərkəzi arasında yaşayış və biznes üçün ən yaxşı şəraitin yaradıldığı ikinci şəhər kimi tanınıb. "KhaleejTimes” qəzetinin məlumatın görə, "Ipsos City Index” araşdırmalarının nəticələrinin sonuncu buraxılışında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı iki sıra irəliləyərək London və Parisi ötüb. Reytinqə Nyu-York başçılıq edir.

Reytinqin müəyyən olunması üçün dünyanın 26 ölkəsində 16-64 yaş arasında 18 mindən çox respondent sorğu edilib. Nəticələr Abu-Dabinin kommersiya istiqamətində populyarlığının yüksəlişini təsdiqləyir. Respondentlərin 21 faizi Abu-Dabini biznes üçün ən yaxşı şəhər hesab edib ki, bu rəqəm Nyu-Yorka dair göstəricidən cəmi 2 faiz aşağıdır. (APA)

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024