Xəzər Xəbər

İnsan üçün ən xeyirli ərzaq: Adı açıqlandı

Maraqlı | 14:35 • 23 İyun 2017
İnsan üçün ən xeyirli ərzaq:

Beyin fəaliyyəti üçün ən yaxşı ərzağın adı açıqlanıb.

Amerika və İtaliya alimlərindən ibarət qrup uzun müddətədn bəri apardıqları araşdırmanın nəticəsini bölüşüb. Araşdırmaya görə, beyinin fəaliyyəti üçün ən yaxşı ərzaq zeytun yağıdır. Zeytun yağı yaddaşı qoruyur və öyrənmək imkanlarını genişləndirir.

Eyni zamanda zeytun yağından istifadə Alzaymer xəstəliyinə tutulma riskini də əhəmiyyətli dərəcədə azaldır.

Zeytun yağı ilhablanma prosesinin qarşısını alır.

Laboratoriya şəraitində sıçanlar üzərində aparılan araşdırmanın nəticələri maraqlı məqamları ortaya qoyub.

Xəbər lenti