Xəzər Xəbər

Dünyanın ən kiçik qəsri: qiyməti 690 milyon dollardır - FOTOLAR

Maraqlı | 09:28 • 15 Aprel 2017
Dünyanın ən kiçik qəsri:

İngiltərədə XIX əsrdə inşa olunmuş qəsr satışa çıxarılıb. Maraqlıdır ki, onun sahəsi təxminən 3 otaqlı evin sahəsi qədərdir.


Xezerxeber.az bildirir ki, "Molly's Lodge” adlanan qəsr 1830-cu ildə tanınmış britaniyalı memar Edvard Blorun layihəsi əsasında tikilib.


Ümumi sahəsi 74 kvadratmetr olan qəsrdə yataq, qonaq və vanna otaqları var. Onun həyətində isə 2 avtomobillik qaraj, həmçinin qonaqlar üçün xüsusi otaq və kabinet inşa olunub.


Qiyməti 690 milyon dollar olan qəsrin çox kiçik olmasına baxmayaraq, o öz görünüşünə görə dünyanın ən qədim tikililərindən geri qalmır.

Xəbər lenti

Çox oxunanlar