Xəzər Xəbər

Avtomobil markalarının mənaları İZAH

Maraqlı | 17:38 • 3 Aprel 2017
Avtomobil markalarının mənaları

Sevdiyimiz, həvəslə izlədiyimiz, sahib olmaq üçün gecə-gündüz çalışdığımız maşınların markalarının nə məna daşıdığını bilirsiniz? Avtomobil markaları ilə bağlı ən maraqlı faktları sizlərə təqdim edirik.


"Mitsubishi! -Yaponiyanın nəhəng şirkətlərindən olan "Mitsubishi" adını qədim yapon savaşçıları olan samurayların emblemindən götürüb. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb.

"Mercedes-Benz" -Avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış qazanan maşınına qızı Mercedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına "Mercedes" adını qoydular.

"Mazda" - Şirkətin emblemindəqanadlarını açan at təsvir edilir. Bu işarə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb.

"Hyundai" - Koreya dilində «modern, çağdaş» deməkdir.

"Kia" - Koreyanın ikinci böyük avtomobil şirkətinin adı "Asiyada doğulan" deməkdir.

"Cadillac" - 1902-ci ildə qurulan şirkət öz adını ABŞ-ın Detroyt şəhərini quran və XVI əsrdə yaşayan fransız səyyah Antoine de la Mote Cadillacdan götürüb.

"Pontiac" - məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqdan alıb.

Xəbər lenti