Xəzər Xəbər

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün tələb olunan vəsait açıqlanıb

İqtisadiyyat | 11:39 • 15 Mart 2024
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün tələb olunan vəsait açıqlanıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərimizlə işğala son qoyulduqdan sonra ölkəmizin qarşısında yeni dövr açılıb. Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən ildə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılmış və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib. Müasir tariximizdə və inkişafımızın yeni dövründə qarşıda yeni vəzifələr dayanır.

Xezerxeber.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Nazirlər Kabinetinin 2023-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, ötən il ÜDM-in həcmi 123 milyard manat təşkil edib. Hər adambaşı düşən ÜDM 12,1 manat olub. Eyni zamanda, qeyri-neft sənayesi 8 faiz artıb. 

Əli Əsədov əlavə edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 mlrd. manatdan çox vəsait tələb olunur: “2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 mlrd. manat, ayrılıb, o cümlədən 2023-cü ildə 5,6 mlrd. manat vəsait ayrılıb. 2024-cü ildə 4 mlrd. manat məbləğində vəsait ayrılması nəzərdə tutulur”.

Xəbər lenti