Xəzər Xəbər

Dünyanın ən varlı üç adamının sərvəti 250 milyard dollar artıb

İqtisadiyyat | 14:37 • 15 Mart 2024
Dünyanın ən varlı üç adamının sərvəti 250 milyard dollar artıb

Analitiklərin və investisiya banklarının proqnozlarının əksinə olaraq, 2023-cü il S&P 500 reytinqinə daxil olan kompaniyalar üçün inanılmaz 25 faizlik gəlir gətirib. Baxmayaraq ki, əksər ekspertlər əhəmiyyətli iqtisadi tənəzzül gözləyirdi və 2023-cü il üçün gəlirlərin 5-10 faiz olacağını proqnozlaşdırırdı.

Xezerxeber.az xəbər verir ki, ən böyük gəlirliliyi “Apple”, “Alphabet”, “Microsoft”, “Amazon”, “Meta”, “Tesla” və “Nvidia” kompaniyalarının daxil olduğu “möhtəşəm yeddilik” təmin edib. Bu kompaniyalar 2023-cü ildə sərvətlərini orta hesabla 70 faiz, S&P reytinqinin digər üzvləri isə cəmi 6 faiz yüksəldə biliblər.

“Möhtəşəm yeddiliklə” əlaqəli olan milyarderlər də şəxsi sərvətlərini xeyli artıra biliblər. Beləliklə, ötən il İlon Mask “Tesla” səhmlərinin iki dəfə bahalaşması sayəsində dünyanın ən zəngin 50 adamı arasında ən çox gəlir əldə edən sahibkar olub. 2023-cü ildə sərvətini 113,5 milyard dollar artıran amerikalı biznesmen 2024-cü ilin əvvəlində aktivlərini 250,4 milyard dollara çatdırıb.

Sonrakı yerdə “Meta” səhmlərinin sürətli artımı fonunda sərvəti 78,3 milyard dollar artaraq 123,6 milyard dollara çatan Mark Sukerberq gəlir. İlk üçlüyü “Amazon” kompaniyasının qurucusu Ceff Bezos tamamlayır. Ötən il onun sərvəti 65,3 milyard dollar çoxalaraq 174,4 milyard dollara çatıb.

Xəbər lenti