Xəzər Xəbər

FED-in qərarları manatın məzənnəsinə təsir edə bilər? RƏSMİ

İqtisadiyyat | 15:17 • 28 Yanvar 2022
FED-in qərarları manatın məzənnəsinə təsir edə bilər?

“Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi ilə bağlı qərarlarının Azərbaycana əhəmiyyətli təsiri olmayacaq”.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, FED-in qərarları maliyyə bazarlarında müəyyən problemlər yarada bilər, xüsusilə də aşağı faiz dərəcələri çərçivəsində böyük həcmdə xarici maliyyə axınları olan bazarlarda:

“Azərbaycanda belə xarakterdə axınlar yoxdur. Hazırda dünyanın aparıcı mərkəzi banklarının qayğıları qiymətlərin sabitləşməsinə doğru yönəlib. O cümlədən FED-in də növbəti dövrdəki qərarları antiinflyasiya xarakteri daşıyacaq. Bu isə ölkəyə inflyasiya axınının məhdudlaşması baxımından Azərbaycana müsbət təsir göstərəcək”.

Xəbər lenti

Çox oxunanlar