Xəzər Xəbər

SOCAR benzinlə bağlı açıqlama yaydı: "Bəzi yanacaqdoldurma məntəqələrində...

SOCAR rəsmisi: İstisna deyil ki, yanacağa bəzi qatqılar da əlavə edilir
İqtisadiyyat | 15:10 • 29 Noyabr 2021
SOCAR benzinlə bağlı açıqlama yaydı: "Bəzi yanacaqdoldurma məntəqələrində...

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanacaq istehsalını beynəlxalaq standartlara uyğun optimallaşdırır.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bu gün Bakı Neft Emalı Zavodunda təşkil olunmuş mediatur zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda benzin və yanacağın keyfiyyəti dövlət orqanları tərəfindən yoxlanılır, yanacaqdoldurma məntəqələrində aparılmış yoxlamalar zamanı daxili standartlarla bir sıra uyğunsuzluqlar aşkar edilib.

"Bu pozuntular yanacağın saxlanması ilə bağlıdır. İstisna olunmur ki, yanacağa bəzi qatqılar əlavə edilir. Zavodumuzda istehsal olunan Aİ-92 benzini Azərbaycanda mövcud olan norma və standartlara cavab verir.

Bundan başqa, biz NEZ-də istehsal olunan məhsulun beynəlxalq standartlara cavab verməsinə çalışırıq. Bunun üçün zavodun modernləşdirilməsi işləri davam edir", - deyə o, bildirib.

İ.Əhmədov qeyd edib ki, Azərbaycanda AVRO-5 standartlı yanacaq istehsalının işə düşməsindən sonra bu yanacaqla işləyən avtomobillərin sayı arta bilər.

Xəbər lenti