Xəzər Xəbər

İşsizlikdən sığorta ilə bağlı 8500 şəxsə sığorta təyinatı həyata keçirilib

İqtisadiyyat | 17:50 • 23 Noyabr 2021
İşsizlikdən sığorta ilə bağlı 8500 şəxsə sığorta təyinatı həyata keçirilib

Son 3 il 10 ay ərzində Azərbaycanda 230 min şəxs işlə təmin edilib. 36 min şəxsə özünüməşğulluq haqqında rəy verilib, 7 min şəxs peşə hazırlığına, təqribən 300 min şəxs peşəyönümlü xidmətlərə cəlb edilib. 122 min şəxs isə ictimai işlərlə təmin olunub.

Xezerxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin noyabrın 23-də keçirilən iclasında deyib.

A.Kərimov qeyd edib ki, işsizlikdən sığorta ilə bağlı 8500 şəxsə sığorta təyinatı həyata keçirilib. Sığorta xidmətinin məbləği də 30 faiz artırılıb. Bir nəfərin sığorta ödənişi məbləği 343 manata çatdırılıb. Nazir müavini qeyd edib ki, ölkə miqyasında postmüharibə və “Məşğulluq marafonu” tədbirləri çərçivəsində 8200 çox şəhid ailəsi, qazi və müharibə iştirakçısının məşğulluğu təmin edilib.

Xəbər lenti

Çox oxunanlar