Xəzər Xəbər

Avropada qazın qiyməti düşüb

İqtisadiyyat | 14:19 • 28 Oktyabr 2021
Avropada qazın qiyməti düşüb

Avropada qazın qiyməti 6 faiz ucuzlaşaraq min kubmetr üçün min dollardan aşağı düşüb.

Xezerxeber.az xəbər verir ki, "ICE Futures" birjasının məlumatına görə, ucuzlaşmaya Rusiyanın “Qazprom” şirkətinin Avropadakı yeraltı qaz anbarlarını dolduracağı barədə məlumatlar səbəb olub.

Niderlandda yerləşən TTF habında noyabr fyuçerslərinin qiyməti min kubmetr mavi yanacaq üçün 973 dollara qədər enib və sonradan daha 8 faiz ucuzlaşaraq 956 dollar təşkil edib.

Qeyd edək ki, oktyabrın 27-də Avropadakı birjalarda qazın qiyməti bahalaşaraq min kubmetr üçün 1400 dolları ötmüşdü.

Bir müddət öncə “Qazprom” kompaniyasının idarə heyətinin sədri Aleksey Miller Rusiyadakı anbarlar dolduqdan sonra Avropadakı yeraltı qaz anbarlarını doldurmağa hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Rusiyadakı anbarların qazla tam doldurulma prosesi noyabrın 8-də başa çatacaq.

Xəbər lenti

Çox oxunanlar