Xəzər Xəbər

Azərbaycanda qiymət artımlarının səbəbi açıqlandı RƏSMİ

İqtisadiyyat | 13:15 • 15 Sentyabr 2021
Azərbaycanda qiymət artımlarının səbəbi açıqlandı

Azərbaycanda bu il qiymət artımlarını dəstəkləyən əsas faktor bazis qiymətlərinin yüksəlməsidir. 

XəzərXəbər Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bazis inflyasiyası kimi qəbul edilən istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin avqust ayında iyul ayı ilə müqayisədə 0,3 faiz, 2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 3 faiz artıb. 

Bazis inflyasiyası hesablanan zaman qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişikliyi nəzərə alınmır. 

Bu ilin ilk 8 ayında ölkəmizdə qiymət artımı 4,8 faiz olub. Müqayisə göstərir ki, qiymət artımını əsas dəstəkləyən mənbə məhz bazis inflyasiyasıdır. 

Xəbər lenti