Xəzər Xəbər

Azərbaycan qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir - Nazir

Azərbaycan qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir
İqtisadiyyat | 17:33 • 12 Yanvar 2021
Azərbaycan qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir - Nazir

Əvvəlki illərdə olduğu kimi İqtisadiyyat Nazirliyinin qarşısında iqtisadiyyatın dayanıqlı şaxələndirilməsi tapşırığı dayanır.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Post-pandemiya dövründə vergi sistemi" adlı konfransda deyib.

Nazir bildirib ki, qarşıya qeyri-neft ixracının genişləndirilməsi və bu sahənin sürətli inkişafı məqsədi qoyulub:

"Bununla bağlı, qeyri-neft ixracının artımına xidmət edəcək konsepsiyanın hazırlanması nəzərdə tutulub. Azərbaycan bu gün 120 növdən çox məhsul ixrac edir, 2025-ci ilədək qeyri-neft ixracının iki dəfə artırılması nəzərdə tutulur". /trend

Xəbər lenti