Xəzər Xəbər

Bitkoin bahalaşdı - 34 ayın ən yüksək qiyməti

İqtisadiyyat | 12:53 • 4 Noyabr 2020
Bitkoin bahalaşdı -

ABŞ-da keçirilən prezident seçkisində məntəqələr bağlandıqdan sonra – Bakı vaxtı ilə noyabrın 4-nə keçən gecə bitkoin 14 min ABŞ dolları səviyyəsini keçib.


Bu,"CoinDesk”in məlumatlarında qeyd olunub.


Belə ki, Bakı vaxtı ilə saat 03:44-ə olan məlumatda bitkoinin 2% bahalaşaraq 14,06 min ABŞ dollarına çatdığı bildirilib.


Bundan əvvəl kriptovalyuta oktyabrın 31-də qısa müddətdə 14 min ABŞ dolları səviyyəsinə yüksəlmişdi. Hazırkı səviyyə isə son dəfə 34 ay əvvəl - 2018-ci ilin yanvar ayının ortalarında müşahidə edilib./report

Xəbər lenti