Xəzər Xəbər

Ten Haq "Barselona"nın ulduzundan əl çəkmir

İdman | 14:10 • 7 Avqust 2022
Ten Haq "Barselona"nın ulduzundan əl çəkmir

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun transferinə çalışır.

Bu barədə idman jurnalist Ceyms Robson özünün "Tvitter" hesabında yazıb.

Mənbənin sözlərinə görə, klub sövdələşmənin, “Ayaks”da birgə çalışmış futbolçu ilə məşqçi arasındakı isti münasibət sayəsində reallaşacağına ümid edir.

Klub rəhbərliyi baş məşqçiyə transfer siyahısında olan digər namizədlərlə müqavilə bağlamağın daha asan olacağını bildirsə də, ten Haq ehtiyac duyduğu De Yonqu almaqda israrlıdır.

De Yonq isə ona olan borcunu ödəməyənə qədər "Barselona"dan ayrılmaq niyyətində deyil./Fanat.Az

Xəbər lenti