Xəzər Xəbər

Günün transfer xəbərləri: De Yonq və Di Mariyanın klubları müəyyənləşir

İdman | 12:45 • 27 İyun 2022
Günün transfer xəbərləri: De Yonq və Di Mariyanın klubları müəyyənləşir

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. 

"The Sun" nəşri: "Mançester Yunayted" "Barselona"nın müdafiəçi Harri Maquayrla bağlı təklifini rədd edib".

"Sportinq"in idman direktoru Ronaldunun mümkün qayıdışı haqda: "Bunun mümkün olduğuna şübhə edirəm".

Sezar Luis Merlo, jurnalist: "Mourinyu Arturu "Roma"da görmək istəyir. "Yuventus" isə futbolçusunu buraxmaq fikrində deyil".

Canluka Di Martsio, insayder: "Aleks Meret "Napoli" ilə müqaviləsinin müddətini 2026/27-ci illər mövsümünün sonuna qədər uzadacaq".

Fabritsio Romano, insayder: "Sebastyano Esposito icarə əsasında "İnter"dən  "Anderlext"ə keçəcək".

"UOL Esporte"nin jurnalisti Marselo Hazan: "Fulhem" Andreas Pereyra üçün 13 milyon avro təklif edib. "Mançester Yunayted" təklifdən məmnundur".

"18 yaşlı vinger Malkolm Abiovi iyulun 1-də - "Derbi Kaunti" ilə müqaviləsi başa çatandan sonra "Kristal Pelas"a keçəcək. Gənc futbolçu "Mançester Yunayted"ə keçmək təklifindən imtina edib".

Canluka Di Martsio, insayder: "Yuventus" və Anxel Di Mariya arasında danışıqlar davam edir. Tərəflərin son əlaqələri müsbət xarakter alıb. Hazırda İllik müqavilə müzakirə olunur. Həmçinin Turin klubu Domeniko Berardini də heyətinə qatmaq istəyir".

Fabritsio Romano, insayder: "Arsenal" və Qabriel Jezusun agenti Marselo Pettinati futbolçunun "topçular"a keçidi barədə tam razılığa gəliblər. Jezus müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər olan müqavilə imzalayacaq. Cümə günü məlum olduğu kimi, "Arsenal" artıq 45 milyon funt-sterlinq qarşılığında "Mançester Siti" ilə də razılaşıb".

"RMC Sport" radiostansiyası: "Neymar klub prezidentinin sözlərindən sonra PSJ-dən ayrılmaq istəyir. Ötən mövsümün sonunda Neymarın gələcəkdə daha çox səy göstərəcəyinə ümid etdiyini bildirən Paris klubunun prezidenti Nasser Əl-Xelaifinin sözləri futbolçunun xoşuna gəlməyib".

Toni Xuanmarti, jurnalist: "Vest Hem" "Vilyarreal"la Arno Danjumanın transferi barədə danışıqlar aparır".

Jerar Romero, insayder: "Barselona" yarımmüdafiəçisi Frenki De Yonqu "Mançester Siti"yə təklif edib, lakin "şəhərlilər" onunla maraqlanmır. “Mançester Yunayted” isə 80 milyon avro+bonus ödəməyə hazırdır".

"Atletiko Madrid"in hücumçusu Joau Feliş: “Digər kluba keçidim müzakirə olunmur. Bütün diqqətimi “Atletiko”ya yönəltmişəm və gələcəyimlə bağlı sakitəm. Mən nəyə qadir olduğumu bilirəm. Oyunumdan razıyam".

"Sky İtalia"nın jurnalisti Manuel Bayoççini: "Milan" Françesko Açerbinin agenti ilə danışıqlar aparıb. Amma futbolçunun məxsus olduğu klub, "Latsio" ilə hələ də əlaqə saxlamayıblar".

Canluka Di Martsio, insayder: "Milan" Hakim Ziyeşi icarəyə götürməyə hazırdır. "Çelsi" tam razılıq verib".

Baş tutmuş transfer xəbərləri: 

22 yaşlı futbolçu Skott Tvin 2025/26-ci illər mövsümünün sonuna qədər müqavilə əsasında "MK Dons"dan "Börnli"yə keçib.

O, İngiltərə 1-ci Liqasında 2021/22-də mövsümün ən yaxşı oyunçusu seçilib. Tvin sözügedən çempionatda 20 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

"Flamenqo"dan ayrılan 34 yaşlı futbolçu Maurisio İsla azad agent qismində "Universidad Katolika"ya keçib.

32 yaşlı futbolçu Yasin Braimi azad agent qismində Qətərin "Əl-Qarafa" klubuna keçib. Braimi 2019-cu ildən Qətərin "Ər-Rayan" klubunda çıxış edib./fanat.az

 

Xəbər lenti

Çox oxunanlar