Xəzər Xəbər

"Mançester Yunayted" Ronaldo ilə bağlı yekun qərarını verdi

İdman | 10:23 • 27 İyun 2022
"Mançester Yunayted" Ronaldo ilə bağlı yekun qərarını verdi

"Mançester Yunayted" hücumçusu Kriştianu Ronaldo barədə yekun qərarını verib.

ESPN-nin məlumatına görə, "qırmızı şeytanlar"ın rəhbərliyi portuqaliyalı ulduza bu yay başqa kluba satılmayacağını çatdırıb.

Mənbə Ronaldonun komandada qalacağını və baş məşqçi Erik ten Haqın 37 yaşlı futbolçunun heyətdə olmasını şəxsən istədiyini vurğulayıb. Xəbərə görə, niderlandlı çalışdırıcı MY-nin idarəçiləri ilə görüş zamanı təcrübəli forvardı əldən buraxmağın komandaya heç bir fayda verməyəcəyini söyləyib və bu məqam rəhbərliyin qərarında həlledici olub.

Daha öncə "Mançester Yunayted"in transfer siyasətinin Ronaldonun ürəyincə olmadığı, Portuqaliya millisinin hücumçusunun bu səbədən iş yerini dəyişmək istədiyi barədə informasiyalar yayılmışdı./Fanat.Az

Xəbər lenti